Bakı-Xocəsən yolunda dəhşətli qəza: Ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Binəqədidə baş verən ağır yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb:

“Qəzada “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır”.

12:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Binəqədi-Xocəsən yolunda qeydə alınıb.

“Ford Transit” və “Volkswagen Caddy” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır. 

Könül Cəfərli

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir