Fransa hakimiyyəti polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə keçirilən “ağ yürüş”ün sonunda başlayan iğtişaşları yatırmaq üçün Axtarış və Cavab Briqadasını (xüsusi qüvvələr) Nanterə göndərib.
Məlumata görə, polis şəhərin mərkəzini radikal nümayişçilərdən azad etmək üçün fəal addımlar atıb, gözyaşardıcı qazdan istifadə edib.
Etirazçılar şəhərin biznes rayonuna aparan yola doğru hərəkət ediblər, orada dükanların vitrinlərini, ictimai nəqliyyatın dayanacaqlarını sındırıblar və polislə toqquşublar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, “Ağ yürüş”ün sonunda 7 nəfər saxlanılıb.
Mənbə: TASS
www.RESMIXEBER.az

