Daşkəsəndə avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Daşkəsən rayon Bayan kəndində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, VAZ-21015 və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü N.Abbaszadə, 1995-ci il təvəllüdlü Y.Bədəlov və qardaşı, 1963-cü il təvəllüdlü K.Bədəlov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir