Ötən həftə Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edərək, respublikanın bütün tarixi ərzində rekord müəyyənləşdirib. Türkiyənin maliyyə naziri Mehmet Şimşək çərşənbə axşamı bildirib ki, ölkənin səlahiyyətli orqanları valyuta ehtiyatlarının artırılması üzrə işləri sürətləndirəcək.
“Türkiyə Mərkəzi Bankının analitik məlumatlarına görə, xalis valyuta ehtiyatları keçən həftə 8,5 milyard dollar artaraq tarixin ən böyük həftəlik artımını göstərib. Rasional iqtisadi siyasətə dönüş mərhələli şəkildə davam edəcək. Biz bu istiqamətdə işləri sürətləndiririk”, – nazir “Twitter”də yazıb.
Qeyd edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini demək olar ki, iki dəfə artıraraq 8,5%-dən 15%-ə çatdırıb.
TCMB analitik bilanço verilerine göre, net uluslararası rezervler geçen hafta 8.5 milyar dolar ile tarihin en büyük haftalık artışını kaydetti. Rasyonel politikalara dönüş kademeli olarak devam edecek.
Rezervleri daha da güçlendirmek için ülkemize ilave dış kaynak teminine…
— Mehmet Simsek (@memetsimsek) June 27, 2023
www.RESMIXEBER.az

