Neftçalada teplovozla yük maşını toqquşub, ölən və xəsarət alan var – FOTO

Cəmiyyət


Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Fəxrətov hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbad İnqilab oğlu İbadov isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı ADY Mətbuat Xidməti açıqlama yayıb:

“Bu gün saat 12:50 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır”, – qurumdan bildirilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir