Naxçıvanda kafedə bıçaqlanma olub

Kriminal


Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhərin kafelərindən birində qeydə alınıb.

Belə ki, dava nəticəsində Naxçıvan şəhər 56-cı məhəllənin sakini, 1995-ci il təvəllüdlü Xəlil Məzahir oğlu Yusifli bıçaqlanıb. Sol böyrək və sol dirsək nahiyəsindən ciddi xəsarət alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir