“Məzun günü”ndən geriyə qalan biabırçılıq – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Balakən şəhərindəki mərkəzi park zibillikdən təmizlənib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, həmin görüntülər bir neçə gün öncə parkda təşkil edilmiş konsert proqramından və “Məzun günü”ndən sonra qeydə alınıb:

“Həmin gün parka istirahətə gələn çoxlu sayda sakinlər və qonaqlar tərəfindən məişət tullantıları urnalara deyil, ətraf əraziyə, eləcə də çay sahilinə atılıb. Balakən Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, aidiyyəti qurum tərəfindən çayın sahili və park artıq tullantılardan təmizlənib”.

14:00

Balakən şəhərində mərkəzi park zibilliyə çevrilib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, parkda böyük zibil qabları olsa da, məişət tullantıları çayın sahilinə atılır.

Həmin görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir