Biləsuvarda qadın döyüldü, bıçaq xəsarəti aldı

Cəmiyyət


Biləsuvar rayonunda 20 yaşlı qadın döyülüb və bıçaq xəsarəti alıb.

“Report”un məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Ona zəruri tibbi yardım göstərilib. Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb və bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir