Salman Rüşdi yeni kitab yazır

Dünya


Əslən hindistanlı olan britaniyalı yazıçı Salman Rüşdi  ötən il Nyu Yorkda hücuma məruz qalması ilə əlaqədar kitab yazır.

75 yaşlı yazıçı özü bu barədə məlumat verib.

“Əvvəlki kimi sürətli oxuya bilmirəm, amma… Baş verənlər haqqında olduqca qısa bir kitab olacağını düçünürəm” – deyə Salman Rüşdi  vurğulayıb.

Xatırladaq ki, ötən il Avqustun 12-də S. Rüşdi Nyu-Yorkda institutun səhnəsində hücuma məruz qalmışdı. Yazıçı çoxlu bıçaq xəsarətləri almışdı. Hücum edən şəxs Nyu Cersidən olan 24 yaşlı Hadi Matar olub.

Mənbə: The Financial Times

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir