9 yaşlı Ayxanın anası imdad diləyir: “Əməliyyat olunmasa, dünya işığına ömürlük həsrət qalacaq” – FOTO

Cəmiyyət


9 yaşlı Ayxanın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əfsanə Qarəhmədova məlumat verib.

O bildirib ki, Ayxanın görmə problemi var.

“Ayxan anadan olandan bir gözündə mirvari suyu var idi. Altıaylıq olarkən bununla bağlı əməliyyat keçirsə də, daha sonra digər gözündə də problem olduğunu öyrəndik. Ayxan 2 yaşında gözündən əməliyyat olaraq linza qoyulub. Digər gözü isə 16 yaşı olanda keratakonus (buynuz qişanın nazikləşməsi və itiləşməsi nəticəsində irəliləyən miopiyaya və astiqmatizmə səbəb olan bir xəstəlikdir) əməliyyatı olmalıdır”.

Əfsanə Qarəhmədova övladının yenidən əməliyyata ehtiyacı olduğunu deyib.

“Ayxan yenidən iki dəfə əməliyyat olunmalıdır. Əməliyyatın biri görməsinin artması üçün, digəri isə göz formasını itirməməsi üçündür. Hazırda Ayxanın bir gözü 3%, digər gözü isə 1,8% görür. Əməliyyatdan sonra görməsi 15-20%-ə qədər arta bilər. Övladım indi az da olsa görür, əməliyyat olmasa, görmə qabiliyyətini həmişəlik itirəcək. Bu, mənim üçün, övladım üçün çox ağırdır. Yaşıdları gəzib, oynayarkən o, ən xırda ehtiyaclarında belə qardaşına və mənə möhtacdır. Əməliyyat üçün ümumilikdə 7 000 manata ehtiyacımız olsa da, bu məbləğin cəmi 1 000 manatını toplaya bilmişik. Yardımsevər şəxslərdən övladıma kömək etmələrini istəyirəm, övladımın bu yaşında dünya işığından məhrum olmasını istəmirəm”.

Ailə ilə əlaqə: 055 583 82 97

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir