İki yaşlı Asya və 83 yaşlı qadın zəlzələdən 5 gün sonra dağıntılar altından sağ çıxdılar – FOTO/VİDEO

Dünya

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən Antakya şəhər mərkəzində axtarış-xilasetmə işləri davam edir.

Bu səhər Muğla Jandarm Axtarış-Xilasetmə qrupları ərazidə xilasetmə əməliyyatı zamanı uşaq ağlamasının səsini eşidərək işlərini gücləndiriblər. Tezliklə Asya adlı 2 yaşlı qızcığaz dağıntılar altından xilas edilib. Asya daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bundan başqa Malatya vilayətinin Battalqazi rayonunda 83 yaşlı Halime Gürbüz 124,5 saatdan sonra dağıntılar altından çıxarılıb.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir