Azərbaycan nümayəndəsi NATO Baş katibinin müavinini regiondakı vəziyyət barədə məlumatlandırıb – FOTO

Dünya

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin müavini Mirça Coana ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bunu C.Hüseynzadə özünün “Twitter” hesabında yazıb.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, o cümlədən enerji təhlükəsizliyinə verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.

C.Hüseynzadə M.Coanaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və regiondakı vəziyyət haqqında məlumat verib.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir