Yığılan yardımlar hərbi qulluqçular və axtarış itləri vasitəsi ilə yoxlanılır – VİDEO

Cəmiyyət

Yardımların yığıldığı qutular son olaraq təhlükəsizlik məqsədi ilə Daxili İşlər Nazirliyinin əraziyə cəlb edilən hərbi qulluqçuları tərəfindən yoxlanılır.

Oxu.Az xəbər verir ki, növbəli olaraq 6 nəfərdən ibarət iki qrup xidmət aparır. 3 hərbçi və 3 axtarış itləri vasitəsilə qutular yoxlanıldıqdan sonra TIR-lara yüklənir. Axşam saat 18:00-dan səhər saat 08:00-a qədər bir qrup, səhər saat 08:00-dan axşam saat 18:00-a qədər isə digər qrup xidmət aparır.

Əldə etdiyimiz məlumata görə bu günə qədər kampaniya çərçivəsində aparılan yoxlanışlarda heç bir kənar maddə aşkarlanmayıb. 

Ərazidə gediş-gəlişə mane olmamaq, könüllülərin işini daha da asanlaşdırmaq məqsədi ilə dəmir arakəsmələrlə giriş-çıxış zolaqları ayrılıb.

Qeyd edək ki, kampaniyaya könüllü yardım etmək üçün hər kəs Heydər Əliyev adına İdman Konsert Kompleksinə gələrək müraciət edə bilər. 

Könül Cəfərli 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir