Əfqanıstanda Müdafiə Nazirliyinin binası yaxınlığında partlayış törədilib

Dünya

Əfqanıstanın paytaxtı Kabildə avtomobilə yerləşdirilmiş partlayıcı maddənin işə düşməsi nəticəsində güclü partlayış baş verib. 

Partlayış hazırda Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatının müdafiə nazirliyinin yerləşdiyi binanın yaxınlığında olub.

Son məlumata görə partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Yaralıların sayının artacağı istisna edilmir.

Mənbə: TOLO News

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir