Azərbaycanda FACİƏ: Bir ailənin yeddi üzvü xəstəxanaya yerləşdirildi

Cəmiyyət

Masallıda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri – 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: səkkiz yaşlı Rəsul, altı yaşlı Nuray, dörd yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir