PARADOKS

AKTUAL

Bakıda partlayış olub - - FOTO

24-04-2016, 11:24
  •     
  • Kriminal, |
  •  Oxunma:

 Bakıda  partlayış olub -  - FOTOBakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında- "Xalq bank"ın yaxınlığında qeydə alınıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hazırda hadisə yerində araşdırma aparılır.

----------

09:28

Bu səhər "Xalq bank"ın anbarında güclü partlayış baş verib. Milli.Az ann.az-a istinadən xəbər verir ki, hazırda ətraf təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, "Xalq bank"ın baş ofisi İnşaatcılar prospektində "Elmlər akademiyası" metro stansiyasının şaxtasının düz üstündə yerləşir. Partlayışın səbəbi bilinmir.
Resmixeber.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI