ABŞ narkotik gəmilərini vurdu: 11 nəfər öldü

Baş səhifə

ABŞ narkotik qaçaqmalçılarına məxsus gəmilərə zərbələr endirib.

Modern.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılığında istifadə edilən üç gəmiyə zərbələr endirib. Nəticədə 11 nəfər həlak olub.

ABŞ Silahlı Qüvvələrinin X platformasındakı açıqlamasına görə, kəşfiyyat məlumatları gəmilərin narkotik daşınmasında tanınmış marşrutlarla hərəkət etdiyini və qeyri-qanuni əməliyyatlarda iştirak etdiyini təsdiqləyib.