
Bakı. Trend:
Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə dəyirmi masa
müzakirəsi keçirilir.
Trend bu barədə cümə günü
xəbər verir.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu gün “Sülh Körpüsü”
təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində
iştirak etmək üçün Ermənistana gəlib.
13-14 fevral tarixlərində Ermənistan və Azərbaycan vətəndaş
cəmiyyətlərinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Görüşdə
hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyəti iştirak
edəcək.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev
iştirak edir.
Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.


