Türkiyə XİN Suriyada atəşkəsin uğurlu olacağında ümid edir

Baş səhifə

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada “Suriya Demokratik
Qüvvələri” ilə elan edilmiş atəşkəsin uğurla həyata keçirilməsinə
ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında
bildirilib.




“Ümid edirik ki, Suriya Prezidenti Əhməd əl-Şara tərəfindən bu
gün elan edilən atəşkəs və tam inteqrasiya razılaşması, ölkənin
ərazi bütövlüyü və birliyinə əsaslanaraq sabitlik və
təhlükəsizliyin təmin edilməsi səylərini tez və effektiv şəkildə
irəli aparacaq. 8 dekabr 2024-cü ildə Suriyada başlayan və ölkənin
firavan bir gələcək qurması üçün müstəsna bir fürsəti təmsil edən
yeni dövr hazırda kritik bir mərhələdədir”, – deyə qeyd olunub.

Xarici İşlər Nazirliyi həmçinin ümid etdiyini bildirib ki,
Suriyadakı bütün qruplar və fərdlər real vəziyyəti anlayaraq
ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik
və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar.