Bu ayın pensiyaları ödənildi

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.




Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial
Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya
ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə
pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu
ay qrafik üzrə ödəniləcək.