Avstraliya İran səfirini ölkədən çıxarıb

Baş səhifə

Bakı. Trend:

Avstraliya İran səfirini ölkədən çıxarıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri
Entoni Albanize deyib.

Baş nazirin buna səbəb kimi “İran rejiminin dağıdıcı beynəlxalq
fəaliyyəti”, eləcə də “repressiyalar zamanı ölənlərin sayı ilə
bağlı rəsmi məlumatların etibarlılığına dair ciddi şübhələri”
göstərib.




Albanize İranı hakimiyyətlə əlaqəli strukturların Avstraliya
ərazisində diversiya xarakterli hücumların planlaşdırılması və
həyata keçirilməsində iştirakda itiham edib. Onun sözlərinə görə,
bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi üçün birbaşa
təhdid yaradır.

Rəsmi Kanberra vurğulayıb ki, İranın bu addımları Avstraliyanın
təhlükəsizlik maraqları ilə uzlaşmır və diplomatik münasibətlərə
ciddi zərbə vurur.