Suriyada atışma nəticəsində ölənlərin sayı 23-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının atəşi açması
nəticəsində Hələbdə mülki şəxslər arasında ölənlərin sayı 6
yanvardan bəri 23-ə çatıb.

Trend-in
məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər verib.




Məlumata əsasən, atışmada ən azı 104 nəfər yaralanıb.

Bildirilib ki, yaralıların əksəriyyəti qadın və uşaqlardır,
onların çoxunun vəziyyəti ağırdır.