
Bakı. Trend:
Finlandiyada ölkənin piyada əleyhinə minaların istifadəsinin,
istehsalının və saxlanmasının qadağan edilməsi ilə bağlı Ottava
konvensiyasından çıxması barədə qərar qüvvəyə minib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Daha ölkə öz arsenalında bu növ silahlardan istifadə edə
biləcək.
Qeyd edək ki, Finlandiya konvensiyadan çıxmaq qərarını 10 iyul
2025-ci ildə BMT-yə bildirib. Sənədin müddəalarına görə, çıxış belə
bildirişdən altı ay sonra qüvvəyə minir.
Bundan əvvəl isə Estoniya, Latviya, Litva və Polşa piyada
əleyhinə minaların qadağan edilməsi ilə bağlı Ottava
konvensiyasından çıxmaq barədə qərarlarını elan ediblər.

