Çində avtomobil satışları azalıb

Baş səhifə

Bakı. Trend:

Çində avtomobil satışları dekabr ayında illik müqayisədə 14%
azalaraq 2,26 milyon ədədə düşüb. Bu, tələbatın zəiflədiyi şəraitdə
2026-cı ilin də çətin keçəcəyinə işarədir. İl ərzində isə satışlar
3,8% artaraq 23,7 milyon ədəd olub.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, yeni enerji ilə işləyən
avtomobillər (elektromobil və hibridlər) satışların 57%-ni təşkil
edib. Dekabrda bu seqmentdə satış 1,3 milyon ədədə çatıb.




İxracda da güclü artım qeydə alınıb – 46% artımla 588 min
avtomobil ixrac olunub. Tesla Şanxay zavodundan 97 min avtomobil
yerli bazara, 3,3 min ədəd isə ixraca yönəldib.

2026-cı ilə Çin avtomobil bazarının ehtiyatlı, lakin sabit
başlanğıc edəcəyi gözlənilir. CPCA satışların ilin əvvəlində
artacağı, ortada yavaşlayacağı, ilin sonuna doğru isə yenidən
canlanacağını proqnozlaşdırır.