
“Sabah” klubu futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.
“Report” xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
20 yaşlı vingerin icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik sözləşmə bağlanıb.
Fransalı oyunçu ötən ilin sentyabrdan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

