“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotu təsdiqlənib

Baş səhifə

Bakı.Trend:

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotu
təsdiqlənib.

Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından
(AzVİF) məlumat verilib.

Bildirilib ki, federasiya tərəfindən yarışın maskotu kimi
milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyü simvolizə edən
Qarabağ atı seçilib.




AzVİF “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının maskotu
üçün müsabiqə elan edib.

Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması
ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın
mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

Qeyd edək ki, “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışı mayın
10-14-ü aralığında təşkil olunacaq.