Fərid Qayıbov: “Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir”

Baş səhifə
Fərid Qayıbov: Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir

Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir.

Bunu “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin açılış mərasimində “Report”un Şimal bürosuna gənclər və idman naziri Fərid Qayıbov bildirib.

“Açıq Azərbaycan çempionatında 11 ölkədən idmançılar iştirak edir. Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək. Mart ayında Avropa çempionatına və Moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik.

Qış idman növləri Azərbaycanda inkişaf edir. Keçiriləcək Qış Olimpiya Oyunlarına iki Azərbaycan idmançısı vəsiqə qazanıb. Düzdür həmin idmançılar kənardan dəvət olunublar. Amma bizim yerli idmançılar da yetişir. Mən Qış İdman Növləri federasiyasının bu istiqamətdə fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, görülən işlər nəticəsində gələcəkdə olimpiyadalarda məhz burada yetişən yerli idmançılarla təmsil olunacayıq”.