
“Abşeron Lions” heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Bakı təmsilçisindən “Report”a verilən məlumata görə, Trevion Lamarla müqavilə imzalanıb.
27 yaşlı oyunqurucusunun son klubu İsveçrə təmsilçisi “Starwings Basket Basel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.
Qeyd edək ki, klub daha əvvəl De Sean Eikenslə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


