İndoneziyada daşqınlarda 14 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Şimali Sulavesi bölgəsində sel və daşqınlar
nəticəsində azı 14 nəfər həyatını itirib.

Trend bu bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Ötən gün səhər saatlarında yağan güclü yağışlar Siau adasında
qəfil selə səbəb olub.




Ölənlərdən savayı dörd nəfər itkin düşmüş hesab olunur və
onların axtarışı üçün 16 xilasedici cəlb edilib.

Ölkənin Fövqəladə Halların Qarşısının Alınması Agentliyinin
sözçüsü Abdul Muharinin açıqlamasına görə, qəfil seldən sonra
fəlakət zonasında yaşayan azı 444 nəfər yerli məktəblərə və
kilsələrə təxliyə edilib.