Bakı. Trend:
İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm
Günü elan olunub.
Trend xəbər verir
ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin
iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə
müsahibəsində bildirib.
Gi Parmelenin sözlərinə görə, Kran-Montana kurortunda barda baş
verən yanğın nəticəsində 40 nəfərin həlak olması ilə əlaqədar
olaraq 9 yanvar ölkə üzrə Milli Matəm Günü elan ediləcək.
Məlumata əsasən, saat 14:00-da Kran-Montanada matəm mərasimi
başlayacaq. Həmin vaxt İsveçrənin bütün kilsələrində zənglər
çalınacaq, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad
ediləcək. Prezident anım mərasimində şəxsən iştirak edəcəyini də
qeyd edib.

