Paris klubu “Beşiktaş”a təklif göndərib

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş”ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada
davam etdirə bilər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, “Paris” almaniyalı futbolçunu transfer etmək
istəyir. Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif
göndərib. Liqa 1 təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma
bəndi ilə icarəyə götürməyi planlaşdırır. Super Liqa nəhəngi
təcrübəli oyunçunu 4-5 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm “Beşiktaş”ın heyətində 11
rəsmi matçda meydana çıxıb.