KİV: Maduronun həbsi raşılaşdırılıb

Baş səhifə

Venesuela Prezidenti Nikolas Maduronun həbs olunması danışıqlar yolu ilə razılaşdırılıb.

APA xəbər verir ki, bu barədə “Sky News” öz mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkə hakimiyyəti adından ABŞ-dan Maduronun sağ olduğunu sübut etməsini tələb edib.