
Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro və arvadı tutulub.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkə hesabında
yazıb.
Tramp Maduro və arvadının yaxalanaraq ölkədən çıxarıldığını
açıqlayıb.
“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”, – deyə o əlavə edib.

