Qaz təchizatı sektorunda yeni tariflər tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Qaz təchizatı
haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən
qüvvəyə minib.

Trend-in məlumatına görə, Qanuna əsasən, 2028-ci il
iyulun 1-dən
qaz təchizatı sektorunda tənzimlənən
qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və
onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər
(tariflər) aşağıdakılardır:

  • qazın topdansatış tarifləri;
  • qazın nəqli tarifləri;
  • qazın saxlanması xidmətlərinin tarifləri;
  • qazın paylanması tarifləri (2027-ci il yanvarın
    1-dən
    );
  • istehlakçılara qazın pərakəndə satış tarifləri;
  • qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
  • qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
  • sabit tarif.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən
olunması zamanı nəzərə alınmalı olan itkilər Qanunda nəzərdə
tutulan qaydalara uyğun olaraq hesablanacaq.




Belə ki, 2028-ci il iyulun 1-dən qaz təchizatı
sektorunda tənzimləyici sistem operatorlarının qaz itkilərinin
hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi
qaydalarını təsdiq edəcək.

2028-ci il iyulun 1-dən qaz təchizatı
subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı
hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı
məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və
qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz
satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı
ödəniləcək.