“Çelsi” “Aston Villa”nın hücumçusu Morqan Rocerslə maraqlanır

Baş səhifə

Bakı. Trend:

Londonun “Çelsi” klubu 2026-cı ilin yay transfer dönəmində
“Aston Villa”nın hücumçusu Morqan Rocersi heyətinə qatmaq
variantını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə tanınmış insayder Fabrizio
Romano sosial şəbəkələrdə bildirib.




Bildirilib ki, futbolçu yaxın zamanda “Aston Villa” ilə yeni
müqavilə imzalasa da, onun komandadan ayrılması istisna edilmir.
Bir neçə aparıcı klub Rocersin çıxışlarını diqqətlə izləyir.
“Çelsi” ötən yay da oyunçu ilə maraqlanıb, lakin bu maraq rəsmi
təklif mərhələsinə çatmayıb. Rocersin 2026-cı ilin yanvarında klubu
tərk etməsi gözlənilmir, lakin yay transfer pəncərəsi açıldıqdan
sonra müxtəlif variantların yaranacağı istisna olunmur.