Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex” birjasında
2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin
qiyməti tarixi maksimumunu yeniləyərək troya unsiyası üçün 75
dolları keçib.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.
Saat 05:04-ə olan məlumata əsasən, qiymətli metalın qiyməti 4,87
faiz artaraq troya unsiyası üçün 75,175 dollara çatıb. Saat 05:24-ə
üçün gümüşün qiyməti troya unsiyası üçün 75,355 dollara (+5,12
faiz) çatıb.
yni zamanda, 2026-cı ilin fevral ayında “Comex” birjasında
çatdırılma üçün qızıl fyuçersləri troy unsiyası üçün 4548,5 dollar
(+0,96 faiz) təşkil edib.

