
Bakı.Trend:
“Bayer” “Mançester Siti”nin futbolçusu Klaudio Eçeverrinin
transfer hüququna sahib çıxmaq istəyir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 19 yaşlı
argentinalı üçün “Mançester Siti” ilə danışıqlara başlayıb.
Almanlar mövsümün əvvəlində icarəyə götürdüyü futbolçu ilə bağlı
başqa planları var deyə, onun Mançesterə geri qayıtmasını
istəmir.
Argentina millisinin üzvü “River Pleyt”in yetirməsidir, 2024-cü
ildə “Mançester Siti”yə keçib.


