Nyu-York birjasında palladium fyuçersləri 1 troya unsiyası üçün 2 000 dolları keçib

Baş səhifə

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında 2026-cı ilin mart ayında çatdırılma
üçün palladium fyuçerslərinin qiyməti 13 dekabr 2022-ci ildən bəri
ilk dəfə olaraq 1 troya unsiyası üçün 2 000 dolları ötüb.




Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 04:03-ə olan məlumata görə, qiymət 9,43%
artaraq 2 003,50 dollara çatıb. Saat 05:00-a qədər isə palladiumun
qiyməti troya unsiyası üçün 1 983 dollara düşüb (8,31% artım).