
Bakı. Trend:
Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin yanvar ayı üçün
platin fyuçerslərinin qiyməti 4 mart 2008-ci ildən bəri ilk dəfə
olaraq 10%-dən çox artaraq 1 troya unsiyası üçün 2 300 dolları
ötüb.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 00:02-də qiymət 10,14% artaraq 2 301,2
dollar, saat 00:49-da isə 2 302,5 dollar (+10,2%) səviyyəsinə
çatıb. Eyni zamanda, 2026-cı ilin mart ayında palladium
fyuçerslərinin qiyməti troya unsiyası üçün 1 970,5 dollar (+6,83%)
təşkil edib.

