“Lion” Endriki icarəyə götürüb

Baş səhifə

Bakı. Trend:

Fransanın “Lion” klubu hücumçu Endrikin cari mövsümün sonuna
qədər “Real Madrid”dən icarəyə götürüldüyünü rəsmən açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.

Açıqlamada bildirilir ki, “Lion” dekabrın 29-da komanda ilə
məşqlərə başlayacaq Endriki heyətdə görməkdən məmnundur və
transferin reallaşmasına imkan verən səmərəli danışıqlar və
əməkdaşlığa görə “Real Madrid” klubuna təşəkkür edir.




Qeyd olunur ki, daha əvvəl KİV 19 yaşlı hücumçunun icarə
müqaviləsində “Lion” üçün satınalma variantının nəzərdə
tutulmadığını yazmışdı. Fransa klubu futbolçunun maaşının bir
hissəsini ödəməyə razılıq verib.

Cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə üç oyunda
iştirak edib və meydanda ümumilikdə 99 dəqiqə keçirib. Endrikin
“Real Madrid”lə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər
qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, oyunçunun
bazar dəyəri 25 milyon avro təşkil edir.