
Çin ABŞ Müdafiə Nazirliyinin 100-dən çox yeni qitələrarası ballistik raketi ehtiyatda saxladığı və nüvə silahsızlanması danışıqlarında iştirak etmək istəmədiyi iddialarını təkzib edib.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian açıqlama verib. Lin bildirib ki, ABŞ Çinin nüvə arsenalını artırması barədə bəhanəsindən öz nüvə silahlarının modernləşdirilməsini intensivləşdirmək və qlobal strateji sabitliyi pozmaq üçün istifadə edir.
O, Çinin nüvə strategiyasının müdafiə xarakterli olduğunu və nüvə silahından ilk istifadə etməmək prinsipinə sadiq qaldığını vurğulayıb. Lin, ölkəsinin nüvə gücünü milli təhlükəsizlik üçün tələb olunan ən aşağı səviyyədə saxladığını irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


