“Bavariya”nın futbolçusu ölkəsində ən yaxşı seçilib

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın yarımmüdafiəçisi Konrad Laymer ilin yekunlarına
görə Avstriyanın ən yaxşı futbolçusu seçilib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, 28 yaşlı futbolçu səsvermədə 51 xal toplayaraq
hamını qabaqlayıb.

Qeyd edək ki, Konrad Laymer cari mövsümdə “Bavariya”nın
heyətində Bundesliqada 14 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar
ötürmə edib.