“Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsi üzrə əməkdaşlıq müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə
ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və
meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi
nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci
müavini Rəşad İsmayılovla görüşüb.

Trend xəbər verir ki, bu
barədə ETSN məlumat yayıb.




Görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən
“Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik”
layihəsi çərçivəsində görülən tədbirlərlə bağlı fikir mübadiləsi
aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.