
Bakı. Trend:
İtaliyanın anti-inhisar idarəsi (Antitrust) “Ryanair” hava
yolları şirkətini 255,761 avro məbləğində cərimələyib. Qurum bu
qərarı aviadaşıyıcının 2023-cü ilin aprel ayından 2025-ci ilin
aprel ayına qədər öz dominant mövqeyindən sui-istifadə etməsi ilə
əsaslandırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qurumun bəyanatına görə, Ryanair “turizm agentlikləri, onlayn
turizm agentlikləri və pərakəndə satıcılar tərəfindən “Ryanair”in
aviabiletlərinin digər daşıyıcıların biletləri və/və ya digər
turizm və sığorta xidmətləri ilə birlikdə öz veb-saytı üzərindən
alınmasını bloklamağa, əngəlləməyə və ya bu prosesdə əlavə iqtisadi
və ya texniki çətinliklər yaratmağa yönəlmiş strategiyaya əl
atıb”.
Bəyanatda qeyd olunur ki, Ryanair İtaliyaya və İtaliyadan daxili
və Avropa üzrə müntəzəm sərnişin hava daşımaları bazarında onlayn
turizm agentlikləri və turizm agentlikləri üçün xidmət təminatçısı
qismində dominant mövqe tutur.


