
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının loqosu təqdim olunub.
“Report” xəbər verir ki, bu, yarışın Təşkilat Komitəsinin iclasında reallaşıb.
Tədbirdən əvvəl media nümayəndələri Respublika Velotrekində yaradılan velosiped muzeyi ilə tanış olublar. Oradakı müxtəlif velosipedlər haqqında məlumat verilib. Ardınca velosipedçilər üçün hazırlanmış məşq və simulyator zalı nümayiş etdirilib. Azərbaycanın tanınmış velosipedçidən Elçin Əsədov simulyator haqqında məlumat verib. Uşaqların məşq prosesi, simulyatordan istifadə qaydaları barədə danışıb.
Tədbirdə həmçinin hazırlıq işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı 2026-cı il 10-14 mayda keçiriləcək.
5 mərhələdən ibarət olacaq idman tədbiri Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

