BMT Venesuela ilə ABŞ arasında dialoqun təşviqi üçün daha çox iş görməlidir – Qrossi

Baş səhifə

Bakı. Trend:

BMT Venesuela ilə ABŞ arasında dialoqu asanlaşdırmaq üçün
kifayət qədər iş görmür, daha fəal töhfəyə ehtiyac var.

Trend-in
məlumatına görə, bu barədə BMT-nin Baş katibi vəzifəsinə Argentina
tərəfindən namizəd göstərilən Beynəlxalq Atom Enerjisi Agentliyinin
(BAEA) baş direktoru Rafael Qrossi bildirib.




“BMT-nin təmin edə bilmədiyi bir dialoqa ehtiyac var. Buna görə
də, bu dialoqu asanlaşdıra biləcək yeni BMT rəhbərliyi vacibdir”, –
deyə o, Buenos-Ayresdə BMT-nin Baş katibi vəzifəsinə namizədliyini
təqdim etdikdən sonra jurnalistlərə bildirib.