ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara raket satışını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara hava-hava
raketlərinin satışını təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində
xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun
Təhlükəsizlik Əməkdaşlıq Agentliyi xəbər verib.




Məlumata əsasən, bundan əvvəl Danimarka hakimiyyəti əvvəllər
ABŞ-dən 236 ədəd “AMRAAM-ER” raketi və əlaqəli avadanlıq almasını
istəyib. Sənəddə vurğulanıb ki, “təklif olunan satış NATO
müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-in xarici siyasəti və
milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”.

ABŞ administrasiyası artıq Konqresi yuxarıda adı çəkilən
raketlərin potensial satışını təsdiqləmək qərarı ilə bağlı
məlumatlandırıb. Qanunverici orqanın potensial müqaviləni nəzərdən
keçirmək və onu bloklayıb-bloklamamaq barədə qərar qəbul etmək üçün
30 günü var.