Hələbdə hökumət qüvvələri mülki şəxsləri təxliyə etməyə çalışır

Baş səhifə
Hələbdə hökumət qüvvələri mülki şəxsləri təxliyə etməyə çalışır

Daxili Təhlükəsizlik Qüvvələri “Suriya Demokratik Qüvvələri”nin (SDQ) hücumuna məruz qalan Hələb əyalətinin müxtəlif ərazilərində mülki şəxslərin təxliyəsinə və onların təhlükəsizliyini təmin etməyə çalışır.

“Report”un məlumatına görə, bu barədə SANA regionun Daxili Təhlükəsizlik Qüvvələrinin komandiri Məhəmməd Əbdül Qaniyə istinadən xəbər verib.

O qeyd edib ki, mülki şəxsləri, eləcə də dövlət və özəl mülkləri qorumaq üçün təhlükəsizlik qüvvələrinin intensiv şəkildə yerləşdirilməsi həyata keçirilib.

“SDQ hücumlarından sonra mülki şəxsləri təxliyəsi və onların təhlükəsizliyini təmin etməyə çalışırıq. Hələbin təhlükəsizliyinə qəsd etməyə və ya sakinlərinin təhlükəsizliyini təhdid etməyə çalışan hər kəsi qanuna uyğun olaraq bu cür hərəkətlərin qarşısını qətiyyətlə alacağımız barədə açıq şəkildə xəbərdarlıq edirik”, – agentlik Əbdül Qaninin sözlərini sitat gətirib.

Hərbi rəhbər Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında belə işlərin davam etdiyini bildirib və vətəndaşları bölgədə sabitliyi qorumaq üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa çağırıb.

Daha əvvəl SDQ-nin Hələbin bir neçə məhəlləsinə minaatan və raket atəşi nəticəsində iki mülki şəxsin öldüyü bildirilib. Yerli medianın məlumatına görə, gərginlik SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiyası ilə bağlı yüksək səviyyəli danışıqlar fonunda baş verib, danışıqların son tarixi yaxınlaşır.