Hollandiyada avtomobil insan izdihamına çıxpılıb, yaralananlar var

Baş səhifə

Hollandiyanın Nunspeit şəhərində (Gelderland əyaləti) bayram şousu zamanı avtomobilin izdihama çırpılması nəticəsində ən azı doqquz nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə bölgənin polis departamenti məlumat yayıb.

“Doqquz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Hələlik heç bir qanun pozuntusu əlamətləri yoxdur. Lakin polis araşdırma aparır”, – polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 18:45 radələrində bayram şousunun başlandığı vaxtda baş verib. Tamaşaçılar yol kənarında dayanaraq bəzəkli kənd təsərrüfatı texnikası karvanının təntənəli keçidini gözləyiblər.

Avtomobili 56 yaşlı şəhər sakini olan bir qadın idarə edib. O, yüngül xəsarətlər alıb və polis tərəfindən saxlanılıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib və polis qəza yerini araşdırır.