Rumıniya Azərbaycandan neft tədarükünü əhəmiyyətli dərəcədə artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7
milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlu
süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımından
isə 419 min ton və ya 67,1 faiz artıb.




Hesabat dövrü ərzində Rumıniya Azərbaycanın ən çox neft və neft
məhsulları ixrac etdiyi ölkələr arasında dördüncü yeri tutub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.